Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows XP”-nin dəstəyinin dayandırılması kompüter satışlarına necə təsir edəcək?


"HP" şirkətinin icraçı vitse-prezidenti Enrike Lor kompüter texnikasının tələbatına təsir edən amillər haqqında öz fikirlərini bölüşüb.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, o deyib ki, "Windows XP" əməliyyat sisteminin (ƏS) dəstəyinin dayandırılması kompüter satışlarının həcminin artmasına səbəb olacaq. Bundan başqa, "Windows XP" ƏS-nin dəstəyinin dayandırılması bazara daha çox təsir göstərəcək. Bu, xüsusilə kommersiya sektorunda hiss olunacaq.

Enrike Lorun sözlərinə görə, hazırda korporativ istifadəçilərin 40-50%-i hələ də "Windows XP" ilə işləyən kompüterlər tətbiq edirlər. Sözügedən ƏS-nin dəstəyinin dayandırılması nəticəsində isə kompüterlərin əksəriyyətini yeniləmək lazım gələcək. Xatırladaq ki, "Windows XP" əməliyyat sistemi 2014-cü il aprelin 8-dək dəstəklənəcək.

Emil Hüseynov




13/06/13    Çap et