Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry Messanger” həvəskarlarının diqqətinə!


Bu günə qədər tək bir markada gördüyümüz məşhur tətbiq, yaxın zamanda digər istehsalçılara məxsus bir çox telefonda da istifadəyə təqdim ediləcək.

"ICTnews.az" elektron xəbər xidməti "mobiz.az" saytına istinadən bildirir ki, ötən ay "BBM"-i digər platformalarda da pulsuz "iOS" və "Android" versiyalarını istifadəyə verəcəyini açıqlayan "BlackBerry" bir az daha irəli gedərək, tətbiqi bütün mövcud platformalara inteqrə etməyi planlaşdırır.

"BBM"-in hazırda 200 milyon istifadəçi bazasına sahib "WhatsApp" və bir milyard istifadəçiyə malik "Facebook" kimi rəqiblərilə necə mübarizə aparacağı maraq doğurur. Ekspertlər isə "BlackBerry"nin "BBM" strategiyasını şirkətin nüfuzunu artırmaq üçün keçərli vasitə olaraq dəyərləndirir.




13/06/13    Çap et