Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia”nın yeni smartfonu fotoaparatı əvəz edəcək
Finlandiyanın “Nokia” şirkəti qabaqcıl şəkilçəkmə sistemi ilə təchiz edilmiş “Lumia” xəttindən yeni smartfon hazırlayır. Şirkət bir gün əvvəl iyulun 11-də Nyu-Yorkda keçiriləcək mətbuat konfransına dəvətlər göndərməyə başlayıb.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, rəyi soruşulmuş mütəxəssislər hesab edirlər ki, söhbət qabaqcıl çəkiliş sisteminə malik yeni “Lumia” smartfonundan gedir. Həmçinin qeyd edək ki, “Samsung” şirkəti iki gün əvvəl 16 meqapiksellik kamera ilə təchiz edilmiş “Galaxy S4 Zoom” modelini təqdim edib.
Emil Hüseynov
14/06/13 Çap et