Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azad Rəhimov: “Gənclərin intellektual səviyyəsinin artırılması üçün müxtəlif kompüter oyunlarının keçirilməsi daim dəstəklənəcək”
Gənclərin intellektual səviyyəsinin daha da artırılması üçün Azərbaycan tarixini əks etdirən müxtəlif kompüter oyunları, "Mən azərbaycanlıyam", "Xəmsə" və s. kimi intellektual oyunların keçirilməsi Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir.
Bu barədə jurnalistlərə açıqlamasında məlumat verən gənclər və idman naziri Azad Rəhimov nazirliyin bu istiqamətdə apardığı işləri davam etdirəcəyini deyib. Qeyd edək ki, müvafiq tədbirlər hazırda icrası davam edən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, "Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi" istiqaməti üzrə gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, "dəyirmi masa"ların, mədəni-kütləvi və digər tədbirlərin, telelayihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda animasiya və cizgi filmlərinin istehsal olunması, Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi, "Vətəni tanı" ümumrespublika intellektual interaktiv oyunlarının təşkili, Azərbaycan tarixini əks etdirən kompüter oyunlarının hazırlanması və s. nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
14/06/13 Çap et