Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” “Apple” üçün işləyəcək


"Samsung" şirkəti "Apple" şirkəti ilə bütün fikir ayrılıqlarına baxmayaraq, yeni nəsil "iPad" və "iPad Mini" planşetləri üçün yüksəkkeyfiyyətli displeylərin təchizatçısı olacaq.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Samsung" şirkəti "Apple" şirkətinin, yeganə də olmasa, əsas təchizatçısıdır. "Samsung" şirkəti "Apple" üçün 2048х1536 piksel Retina ölçüsündə işləyən 7.9 və 9,7 düymlük sensor ekranlar hazırlayır. Öncə yeni displeylər bu ilin üçüncü rübündə buraxılacaq, yeni nəsil "iPad Mini"lər üçün təchiz ediləcək.

Sonra, dördüncü rübdə böyük ekranlı yeni "iPad"lar buraxılacaq. Xatırladaq ki, "Apple" şirkəti artıq "Samsung"un displeylərinə etibar edib, o cümlədən üçüncü nəsil "iPad"ın istehsalında. "Apple" şirkəti eyni zamanda Retina-displeyləri "Sharp" və "LG Display" şirkətlərindən də alır.

Son "iPad Mini"lər üçün adi ölçülü displeyləri Tayvanın "AU Optronics" şirkəti təqdim edir, lakin onun yayın sonuna kimi adi ölçülərdə olan displeylərdən iki dəfə yüksək ölçülərə malik olan Retina-ölçülü displeylər təqdim edə biləcəyi məlum deyil.

Ümumiyyətlə, "iPad Mini"nin bazara nə vaxt təqdim ediləcəyi haqda məlumat yoxdur. Analitiklərin böyük hissəsi əmindir ki, bu, payızın əvvəlində deyil, payızın sonuna kimi, və hətta dördüncü rübün əvvəlində bazara çıxarılacaq.

Aynur Vəliyeva




14/06/13    Çap et