Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Yahoo!” yenilik edəcək
"Yahoo!" internet şirkəti uzun müddət istifadə edilməyən istifadəçi hesablarını yeni istifadəçilərə təklif edəcək. Bu barədə şirkətdəki mənbəyə istinadən "The Wall Street Journal" qəzeti yazıb.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, cari il sözügedən şirkətin 12 ay müddətində istifadə edilməyən poçt ünvanlarının çox hissəsini yeni istifadəçilərə təklif edəcək. Şirkətin təkrar qeydiyyat üçün təklif edəcəyi ünvanların sayı hələ ki açıqlanmır.
Bildirək ki, 2012-ci ildə Marissa Mayerin "Yahoo!"-nun sükanı arxasına keçməsindən sonra şirkət yeni istifadəçilər cəlb etmək üçün öz siyasətini aktiv şəkildə dəyişdirir. Məsələn, "Yahoo!" onun üçün tipik olmayan bir neçə internet layihə satın alıb.
Bundan başqa, "Yahoo!" bir sıra mənfəətsiz xidmətlərini bağlayıb və səhifəsinin tərtibatını dəyişib.
Emil Hüseynov
14/06/13 Çap et