Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xarici səhmdarlar xüsusi xidmət orqanlarının işinə mane olur


“The Wall Street Journal” nəşri bildirib ki, “PRİSM” haqda məlumat ictimaiyyətə daha öncə açıqlana bilərdi və bunun səbəbi heç də ABŞ-ın Milli Təhlükəsizlik Agentliyində işləyən 500 min mülki əməkdaşlar deyil, əsas səbəbkar telekommunikasiya şirkətlərinin sərmayədarlarıdır.

Qeyd edək ki, “PRİSM” izləmə proqramıdır. Xüsusi xidmət orqanları onun vasitəsilə korporativ serverlərə birbaşa çıxış əldə edir və özəl şirkətlərin daxili məlumatlarını izləyirlər. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “T-Mobile USA” və “Verizon Wireless” şirkətlərində xarici səhmdarlar “PRİSM” proqramına qarşı çıxış ediblər.

Amerikanın xüsusi xidmət orqanlarının ərində aparıcı mobil rabitə və internet operatorlarının məlumatlarının 99%-nə çıxış imkanları var, lakin bu, 100% deyil. Bütün bu şirkətlərin mütləq, Amerikanın xüsusi xidmət orqanlarının əli çatmayan “ölü zona”ları var. Bu cür “ölü zona”lar bir tərəfdən təhlükəsizliyə təhdiddir. Lakin digər tərəfdən onları ləğv etmək olmaz, çünki xarici səhmdarlar və sərmayədarlar Amerika iqtisadiyyatında milyardlarla dollar vəsait yatırır və onlarla hesablaşmamaq olmaz. Amerikanın aparıcı mobil operatorlar üçlüyü “AT&T”, “Verizon Wirelss” və “Sprint Nextel” şirkətlərinin hər birinin xarici səhmdarı var.

“Veruzon Wirelss”də bu, Amerikanın “Verizon Communications” və Britaniyanın “Vodafone” şirkətləridir, “T-Mobile USA”-nın səhmlərinin 74%-i “Deutsche Telekom”a məxsusdur.

Yaponiyanın “Softbank”ı yaxın zamanda “Sprint”in yeni sahibkarı ola bilər. Bu üç operator Milli Təhlükəsizlik Agentliyi ilə və digər xüsusi xidmətlərlə əməkdaşlıq etməlidir, lakin xarici səhmdarların istənilən vaxt hay-küy qaldıra biləcəyi ehtimalını nəzərə alıb xüsusi xidmət orqanları əməkdaşları açıq və aktiv işlər görə bilməzdilər.

Aynur Vəliyeva




14/06/13    Çap et