Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” üzrə peşə məktəblərinə müraciətlər artıb
"İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti" üzrə peşə məktəblərinə edilən müraciətlər artıb.
Təhsil Nazirliyindən bildirilib ki, texniki peşə təhsili müəssisələrində təhsil almaq istəyənlərin arasında bu sahə ilə yanaşı, "Mühasibat işi", "Kənd təsərrüfatı nəqliyyatına və elektrik avadanlığına xidmət" kimi ixtisaslara üstünlük verənlər çoxluq təşkil edir. "Arıçılıq", "İnteryer və eksteryerin bədii tərtibatı" və "Quyuların təmiri" isə ən az müraciət edilən ixtisaslar sırasındadır.
Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə sənədlərin qəbuluna avqust ayında başlanılması nəzərdə tutulur. Hazırda respublikada fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrində 30343 nəfər təhsil alır. Onlardan 21909 nəfəri (72.2%) oğlan, 8434 nəfəri (27.8%) isə qızdır.
Həqiqət İSABALAYEVA
14/06/13 Çap et