Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünya şirkətlərinin yalnız 8%-i “bulud” xidmətlərindən istifadə edir
“Gartner” analitik şirkətinin məlumatına əsasən, dünya təşkilatlarının yalnız 8%-i “bulud” hesablama xidmətlərindən istifadə edir.
“ICTnews.az” elektron xəbər xidməti “comnews.ru” saytına istinadən bildirir ki, hazırda dünyada “bulud” texnologiyalarından istifadə edən 50 milyon şirkət mövcuddur.
“Gartner”in proqnozuna əsasən, 2015-ci ilin birinci yarısında onlar korporativ mühitdə geniş tətbiq edilməyə başlanacaq və 2017-ci ilədək onların payı 33% təşkil edəcək. 2022-ci ilədək onların sayı 700 milyon olacaq.
“Gartner”, həmçinin hesab edir ki, 2014-cü ilin sonunadək ən azı 10% şirkət “bulud” texnologiyalarına əsaslanan elektron poçtdan istifadə edəcək.
Emil Hüseynov
14/06/13 Çap et