Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“SSD” yığıcıların tədarük həcmi 7 dəfə artacaq
Fləş-yaddaşın tətbiq sahəsi tədricən mobil qurğular bazarının sərhədini aşır. Hazırda NAND fləş-yaddaşı yalnız fərdi kompüter (FK) deyil, həm də server istehsalçıları tərəfindən istifadə edilir. Söhbət sərtgövdəli yığıcılardan gedir.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “IHS” analitiklərinin proqnozlarına görə, 2017-ci ilədək FK üçün nəzərdə tutulmuş verilənlərin saxlanılması qurğuları bazarının 33%-ni “SSD”-disklər təşkil edəcək ki, bu da indi ilə müqayisədə 7 dəfə daha çoxdur. 2012-ci ildə 475 milyon sərt disk və 31 milyon sərtgövdəli yığıcı istehsal edilib.
Ekspertlər hesab edir ki, 4 il sonra onların tədarük həcmi müvafiq olaraq 227 və 410 milyon təşkil edəcək.
Emil Hüseynov
14/06/13 Çap et