Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfon bazarının lideri dəyişib
“İDC” tədqiqat agentliyinin məlumatına görə, 2011-ci ilin ikinci rübündə “Apple” şirkəti digər istehsalçılardan daha çox smartfon tədarük edib. 20,3 milyon istehsal edilmiş aparat Kaliforniya nəhənginə bütün şirkətlər arasında birinci yeri tutmağa və 19.1% paya malik olmağa icazə verib. 2010-cu ilin analoji dövrü ilə müqayisədə artım 141,7% təşkil edib.
Ötən il bu göstərici üzrə “Samsung” şirkəti lider olub. O, 2011-ci ilin 2-ci rübü üzrə keçən dövr ilə müqayisədə 380,6% daha çox kommunikator tədarük edib. Nəticədə Cənubi Koreya nəhəngi bazarın 16,2%-ni ələ keçirib və reytinqdə ikinci yerdə qərarlaşıb.
Əvvəlki lider “Nokia” üçüncü mövqeyə yuvarlanıb, 1 il ərzində fin şirkəti smartfon tədarükünü 30,4% azaldıb və indi bazarda onun payı 15,7%-ə bərabər olub.
05/08/11 Çap et