Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qediyyatdan keçməyən radioelektron vasitələr
2011-ci ilin 5 ayı ərzində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 338 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib.
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 560 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 193 ədədi möhürlənib, 217 ədədi qeydiyyata salınıb, 150 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatdan keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 52 protokol yazılıb, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.
02/06/11 Çap et