Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Microsoft" və "Facebook" ABŞ-ın xüsusi xidmət orqanları ilə saziş imzalayıblar
Amerikanın "Microsoft" və "Facebook" korporasiyaları ABŞ xüsusi xidmət orqanları tərəfindən alınmış sorğular haqqında informasiyanı açıqlayıb.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Facebook" şirkəti rəsmi bloqunda yazıb ki, o, 2012-ci ilin ikinci yarısında 9-10 min bu cür sorğu alıb.
Şirkət deyib ki, hüquq-mühafizə orqanlarını cinayət işləri və milli təhlükəsizliklə bağlı məsələlər maraqlandırıb.
"Microsoft" korporasiyası bildirib ki, müvafiq dövrdə xüsusi xidmət orqanları tərəfindən 6-7 min sorğu alıb. Korporasiya rəsmiləri izah ediblər ki, ABŞ-ın səlahiyyətli orqanları ilə əldə edilmiş razılıq nəticəsində müvafiq sorğular haqqında məlumat vermək mümkün olub.
Emil Hüseynov
15/06/13 Çap et