Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-cü ildə 2560x1600 nöqtə təsvir ölçülü smartfonların kütləvi istehsalına başlanılacaq


“ETNews” resursu bildirib ki, ekran istehsalçıları 2014-cü ildə mobil qurğular üçün “WQXGA”-panellərin (2560×1600) kütləvi istehsalına başlamaq niyyətindədirlər.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, yeni nəsil aparatlarda 500 ppi-dən çox piksel sıxlığına malik 6 düymlü ekranlar quraşdırılacaq.

Xatırladaq ki, hazırda mobil qurğular üçün rekord təsvir ölçüsünə malik ekranlar 2011-ci ildə “Toshiba” şirkəti tərəfindən təqdim edilib. Daha sonra “Japan Display” və “Sharp” şirkətləri öz həllərini təqdim edib.

Lakin qurğuların kommersiya versiyaları bazara çıxarılmayıb.

Emil Hüseynov




18/06/13    Çap et