Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sonuncu teleqram iyulun 14-də göndəriləcək
144 il əvvəl Semyuel Morze dünyada ilk teleqramı göndərib. Bu əlamətdar hadisə ABŞ-ın Vaşinqton şəhərində baş verib. Gələn ay Hindistanda dünyanın sonuncu teleqramı göndəriləcək. Başqa ölkələrdə sözügedən xidmət artıq 7 ildir bağlanıb.
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, Hindistanın "Bharat Sanchar Nigam Limited" (BSNL) telekommunikasiya şirkətinin məlumatına görə, hazırda hər gün ölkə ərazisində təxminən 5 min teleqram göndərilir, lakin bununla belə xidmət zərərli olaraq qalır.
SMS və bir çox əlavə imkanlar təklif edən smartfonların populyarlığı teleqramın "dəfn edilməsi"nə səbəb kimi göstərilib. Beləliklə, xidməti bağlamaq qərarı qəbul edilib. Sonuncu teleqram iyulun 14-də göndəriləcək.
Emil Hüseynov
18/06/13 Çap et