Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə dövlət İT xərclərinin həcmi cüzi azalacaq


"Gartner" analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ildə dövlət qurumlarının aparat və proqram təminatı, İT xidmətlər və telekommunikasiya daxil olmaqla informasiya texnologiyalarına (İT) yatırdığı qlobal xərclərin həcmi 449,5 milyard dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 0,1% azdır.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, mütəxəssislərin qənaətincə, dövlət orqanları mobil texnologiyalara, İT infrastruktur və "bulud" hesablamalarının təkmilləşdirilməsinə daha çox vəsait ayıracaqlar.

Həmçinin böyük məlumatlara (Big Data) və peşəkar xidmətlərə yüksək maraq göstərəcəklər.

Emil Hüseynov




18/06/13    Çap et