Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda daşınmaz əmlaka dair daha iki xidmət elektronlaşdırılıb
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) daha iki xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib. Bu xidmətlərə "Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu" və "Daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu" daxildir.
"Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu" xidməti notarial qaydada bağlanmış əqdlər əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciətlərin qəbul edilməsi, elektron istifadəçisinə müraciətin qəbulu, işin icra tarixi barədə bildirişlərin verilməsi, işin icrasından imtina edildiyi hallarda bu barədə elektron xidmət istifadəçisinin məlumatlandırılmasını əhatə edir.
"Daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu" xidməti vasitəsilə daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi üçün müraciətlərin elektron qaydada qəbul edilməsi, baxılması, sənədlərin hazırlanması, elektron xidmət istifadəçisinə müraciətin qəbulu, işin icra tarixi barədə təsdiqetmə bildirişlərinin verilməsi, işin icrasından imtina edildiyi hallarda bu barədə elektron xidmət istifadəçisinin məlumatlandırılması həyata keçirilir.
Qeyd edək ki, interaktiv xarakter daşıyan hər iki elektron xidmət ödənişlidir.
CAHANGİR
18/06/13 Çap et