Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti ABŞ-ın xüsusi xidmət orqanlarına nə qədər istifadəçi satıb?


“Apple” şirkəti ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən onun istifadəçilərinə dair verilmiş sorğular haqqında informasiyanı açıqlayıb.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, bəyanata əsasən, son 6 ay ərzində müvafiq sorğuların sayı 4-5 min olub. Bəyanatda qeyd edilib ki, sorğular 2012-ci il dekabrın 1-dən 2013-cü il mayın 31-dək müddətdə daxil olub.

Onların əksəriyyəti cinayət işlərinin araşdırılması, həmçinin soyğunçuluq, itkin düşmüş insanların axtarışı, intihar hallarının qarşısını almaq cəhdi, həmçinin milli təhlükəsizlik məsələləri ilə bağlıdır. Amerika şirkətinin bəyanatına əsasən, sorğuların sayı haqqında məlumatlar ABŞ hökumətinin icazəsi ilə açıqlanıb.

"Biz müştərilərimizin fərdi məlumatları haqqında məlumatları toplayıb saxlamırıq" – şirkətin bəyanatında qeyd edilib.

Emil Hüseynov




18/06/13    Çap et