Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Milli İnternet Mükafatının nominantlarının rəsmi mükafatlandırma mərasimi keçirilib
“Netty-2013” Azərbaycan Milli İnternet Mükafatının nominantlarının rəsmi mükafatlandırma mərasimi keçirilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, virtual jüri və ekspert şurasının səsverməsi nəticəsində iştirakçı saytların ümumi sayından 50-dən çox resursdan dövlət saytı nominasiyasında qalib “ASAN xidmət” “http://www.asan.gov.az/”, Korporativ sayt - “Bank Standard” –“http://bankstandard.com”, Elm və təhsil “Milli Virtual Elektron Kitabxana” – “http://www.kitabxana.net”, Mədəniyyət və incəsənət “Xan Şuşinski. Virtual muzeyi” –“http://khanshushinski.az”, İnformasiya və xəbərlər “SalamNews Agency” – “http://salamnews.org/”, Servis saytları - “Asan imza”- “http://www.asanimza.az”, Əyləncə -“http://baku.ws”, “İdman – Azərbaycan” Güləş Federasiyasının rəsmi səhifəsi - “http://awf-az.org”, Azərbaycan “Xocalı faciəsi XX əsrin ən dəhşətli faciəsi” – “http://xocali.biz”, Şəxsi sayt - İbad Hüseynovun rəsmi veb-səhifəsi – “http://ibadhuseynov.az”, Cəmiyyət – “Ecowatch.az”, “Best E-Commers Site - "www.besmart.az”, Sosial şəbəkənin seçimi - “SocialZet” - Azərbaycanın Milli Sosial Şəbəkəsi – “http://socialzet.com”, Mobil Proqramlar – “Robird”, “İnformasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi üzrə” fəxri nominasiyada mükafatın sahibi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Analitika və proqram təminatı şöbəsinin müdiri Abbasov Qabil olub.
Milli internet mükafatı, əvvəllər olduğu kimi, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir.
“NETTY” Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
Aynur Vəliyeva
19/06/13 Çap et