Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin kiberhücumlarda öz iştirakını təkzib edib


“People's Daily” Cin qəzeti hökumət və beynəlxalq təşkilatların saytlarına irimiqyaslı haker hücumları seriyasında Çinin iştirakı haqqında olan xəbəri təkzib edib.
“People's Daily” yazıb ki, Çin hökumətini hakerlərin hərəkətləri ilə əlaqələndirmək "məsuliyyətsiz"likdir. Avqust ayının əvvəlində “McAfee” şirkətindən mütəxəssislər bildiriblər ki, onlara indiyə qədər ən böyük haker hücumları seriyasını qeyd etmək müəssər olub. 72 struktur, Beynəlxalq Olimpiya Komitəsi (BOK), BMT, Ümumdünya Antidopinq Agentliyi və ABŞ, Kanada, Hindistan, Vyetnam, Tayvan və Cənubi Koreyanın hökumətləri hücumun qurbanları olublar.
“McAfee”dən ekspertlər güman edirlər ki, “Operation Shady RAT” adını almış haker əməliyyatı 5 il boyunca gedir və onun arxasında 1 sifarişçi durub. “McAfee” sifarişçi haqqında bildirməyib, lakin bir çox analitiklər hücumları Çin hökuməti ilə əlaqələndiriblər.




05/08/11    Çap et