Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” ikinci “Google” olmaq istəyir


Dünyanın ən böyük sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq Cənubi Koreyaya səfər edib və orada ölkə prezidenti və "Samsung" şirkətinin rəhbərliyi ilə görüşüb.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, iki korporasiyanın nümayəndələri arasında aparılmış danışıqların mövzusu açıqlanmır. Lakin KİV iddia edir ki, "Facebook" rəhbəri "Samsung"dan ona dəstək verməsini xahiş edib, belə ki, sosial şəbəkə "ikinci Google" olmaq istəyir.

"The Korea Herald" yazıb ki, Mark Zukerberq Koreya şirkətinin rəhbərliyi ilə "Facebook" interfeysli smartfonun buraxılış imkanını müzakirə edib.

Bununla belə ekspertlər əmindirlər ki, "Samsung" sosial şəbəkə ilə sıx əməkdaşlıq yaratmayacaq. Mütəxəssislərin sözlərinə görə, "Facebook" ilə saziş Koreya şirkətinə heç bir xeyir gətirməyəcək.

Emil Hüseynov




19/06/13    Çap et