Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İşsizlik statusunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron qaydada aparılacaq
“Elektron hökumət” portalında “İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidməti istifadəyə verilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sözügedən elektron xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilir. Bu xidmət işsizlik statusunun verilməsi və işsizlik müavinətinin təyin edilməsi haqqında işsiz vətəndaşların ətraflı və elektron qaydada məlumat əldə etmələrini nəzərdə tutur.
İşsiz vətəndaşlar üçün işsizlik müavinətinin təyin olunması qaydaları haqqında məlumat əldə edilməsi nəticəsində işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi təmin edilir.
Qeyd edək ki, interaktiv növlü elektron xidmət ödənişsiz olaraq həyata keçirilir.
CAHANGİR
19/06/13 Çap et