Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Video müşahidə kameralarında boşluqlar aşkar edilib


Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Kreyq Xeffner video müşahidə sistemlərində əvvəllər naməlum olan boşluqların aşkar edilməsi haqqında bildirib.

Həmin boşluqlar sayəsində hakerlər kameralara qoşula bilər və həbsxana, bank, sənaye müəssisələrini məsafədən izləyə bilərlər. “Cisco Systems”, “D-Link” və “TRENDnet” kimi ən böyük “casus” avadanlığı istehsalçılarının məhsullarında kritik boşluqlar aşkar edilib.

"Bu, böyük təhlükədir. Daxili sistemə hücum həyata keçirmək üçün kimsə kameraya müdaxilə edə və ya ondan kompüter şəbəkəsinə giriş nöqtəsi kimi istifadə edə bilər" – Xeffner xəbərdarlıq edib.

Məsələn, cinayətkarlar kameradakı təsviri "dondura" və nəzərə çarpmadan binanın içərisinə daxil ola bilərlər.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, Kreyq Xeffner iyulun 27-dən avqustun 1-dək Las-Veqasda keçiriləcək “Black Hat” təhlükəsizlik konfransında kameralara müdaxilə metodlarını göstərəcəyinə söz verib

. Bu vaxtadək o, kamera istehsalçıları ilə heç bir məlumat bölüşməyəcək. “Black Hat 2013” konfransına kompüter təhlükəsizliyi sahəsində işləyən 6500 peşəkarın toplaşacağı gzölənilir və təxminən 100 insan çıxış edəcək.

Emil Hüseynov




19/06/13    Çap et