Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Yahoo!” ABŞ hökumətinin sorğuları üzrə statistika dərc edib
“Yahoo!” şirkəti “Apple”, “Microsoft” və “Facebook” ilə birləşərək Amerikanın hüquq-mühafizə orqanları və federal agentliklər tərəfindən daxil olan şirkətin servis istifadəçiləri haqda məlumatların təqdim edilməsi üzrə sorğu statistikasını dərc edib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkət 2012-ci il dekabrın 1-dən 2013-cü il mayın 31-dək 13 min istifadəçi məlumatlarının təqdim edilməsi ilə bağlı sorğu alıb, bu sorğuların əsas hissəsi cinayət işlərinin, məişət zorakılığı və uşaq oğurluğu ilə bağlı işlərin araşdırılması ilə bağlı olub.
Xatırladaq ki, “Apple” şirkəti bu günlərdə 10 min istifadəçi ilə bağlı 5 min bu cür sorğular aldığını bildirib. “Facebook” 10 min, “Microsoft” isə 32 min istifadəçi haqda 7 min sorğu aldığını bildirib. “Yahоо!” şirkəti Amerika xüsusi xidmətlərinin öz serverlərinə birbaşa çıxış imkanı verdiyi ilə bağlı ittihamları "qətiyyən qəbul etmir".
Şirkətin məlumatlarında bildirilir ki, bütün sorğular “FISA (Foreign Intelligence Surveillance Act)” qanunvericiliyi çərçivəsində təqdim edilir. "Demokratiya hesabat tələb edir. “Yahoo!”-nun vacib rolunu nəzərə alaraq, biz müvafiq hesabatlılığı təmin etməliyik", - deyə “Yahoo!”-nun baş direktoru Marisa Mayer bildirib. Onun sözlərinə əsasən, şirkət bu cür hesabatları ildə iki dəfə dərc edəcək.
Aynur Vəliyeva
19/06/13 Çap et