Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nokia Siemens Networks” 1500 əməkdaşını işdən çıxarır
Telekommunikasiya avadanlığının ən böyük istehsalçılarından biri “Nokia Siemens Networks” (NSN) şirkəti “Motorola” şirkətindən alınmış müəssisə tərkibində işləyən 1500 əməkdaşını işdən çıxarmağa hazırlaşır. Bildirilib ki, hal-hazırda işdən 6900 çalışandan 22% insan çıxarılacaq. Bu barədə "Reyter" agentliyi xəbər verib.
2010-cu ilin iyul ayında “Nokia Siemens Networks” və “Motorola” korporasiyası razılaşma bağlayıblar. Razılaşmanın şərtlərinə görə, NSN 1.2 milyard dollara opponentin simsiz şəbəkə infrastrukturu üzrə aktivlərinin çox hissəsini əldə edir. “Motorola” şirkətinin simsiz şəbəkə infrastrukturunun istehsalı üzrə bölməsi GSM, CDMA, WCDMA, WiMAX və LTE şəbəkələri üçün həllər və xidmətlər təklif edir. Qeyd edilib ki, bölmə 21 ölkədə 41 müqavilə ilə WiMAX bazarında liderdir.
05/08/11 Çap et