Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompüter oyun tərtibatçıları Maradonaya 500 min dollar təzminat ödəyib
Argentinanın yığma futbol komandasının keçmiş futbolçusu Dieqo Maradona “Hot-Blooded Soccer” kompüter oyununun tərtibatçılarından onun simasının qeyri-qanuni istifadəsinə görə 490 min dollar təzminat alıb.
“ICTnews” xəbər xidmətinin “Interfax” saytına istinadən verdiyi məlumata əsasən, bundan başqa, oyunu tərtib edən “Sina” şirkəti “Hot-Blooded Soccer”i öz internet-platformundan silib və Maradonadan rəsmi üzr istəyi ilə müraciət dərc edib.
Oyunun tərtibatçıları isə Maradonanın təsvirini və avtoqrafını oyundan kəsib çıxarıblar.
Aynur Vəliyeva
19/06/13 Çap et