Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Intel” mobil çiplərin inkişafını sürətləndirir


“Intel” şirkətinin texniki direktoru Castin Rattner Kaliforniyada keçirilmiş “Bloomberg Next Big Thing Summit” sammiti çərçivəsində çıxış edərək bildirib ki, korporasiyanın yeni baş direktoru Brayen Krjaniç şirkətdə yeni proqram reallaşdırmağa başlayıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sözügedən proqram çərçivəsində korporasiya bazara yeni məhsulların çıxarılmasını sürətləndirməlidir, həmçinin mövcud həlləri daha sürətli yeniləməlidir.

"O, daha sürətli inkişaf yolunu seçib" – Rattner deyib. “Intel”in baş direktoru, həmçinin deyib ki, şirkət məhsulların daha sürətlə yeniləndiyi mobil bazarın çağırışlarına cavab verməyə hazırlaşır. Eyni zamanda o etiraf edib ki, “Intel” hələ ki server və masaüstü kompüterlər üçün çip bazarında əldə etdiyi uğuru mobil çip bazarına keçirə bilməyib.

"Biz hazırda onun üzərində işləyirik ki, mobil prosessorlar daha az elektrik enerjisi sərf etsin” – Rattner deyib.

Emil Hüseynov




19/06/13    Çap et