Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hidrogen yanacaq ünsürləri ilə işləyən “Hyundai“


Azərbaycan yollarında hidrogen yanacaq ünsürləri ilə işləyən "Hyundai" avtomobilləri şütüyəcək. Cənubi Koreya təmsilçisi dünyada bu sahə üzrə ilk seriyalı avtomobil modelləri istehsalçısı seçilib. "Hyundai ix35 Fuel Cell" modeli ilk 1000 avtomobil 2015-ci ildə "Hyundai"n Koreyadakı zavodlarında buraxılacaq.

Buraxılan avtomobillərin ilk partiyası bütün dünya ölkələrinə, o cümlədən, Azərbaycana gətiriləcək. Texnologiya və avtomobil sənayesində sıçrayış 98-ci ildən yeni konsepsiya üzərində işləyən "Hyundai Motor Company" Texnoloji Tədqiqat İnstitutunun alimləri tərəfindən həyata keçirilib.

"Hyundai ix35" krossoveri gücü 100 kVt olan elektrik mühərriki ilə təchiz edilib. Hidrogen quraşdırılan aqreqatorun köməkliyi ilə elektrikə çevrilir və mühərrik də bununla işləməyə başlayır. Avtomobil ümumi tutumu 5,64 kq olan iki hidrogen çəni sayəsində yanacaq olmadan saatda 160 km/saat sürətlə 594 km məsafəni qət edə bilər. Enerjini 24 kVt gücündə olan litium-polimer batareya tədarük edir.

Mühərrikin işə salınması -20 selsi dərəcəyədək təmin olunur. "Hyundai" avtomobillərinin ilk hissəsi Danimarkaya göndəriləcək. Kopenhagen meriyası 2025-ci ilədək atmosferə zərərli qaz buraxmayan şəhər olmaq məqsədi ilə 15 yeni model alıb. Bu nadir avtomobillərin "yanacaq"la təchiz edilməsi üçün xüsusi məntəqələr müəyyən ediləcək.

RƏVAN




20/06/13    Çap et