Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası aşkar edilmiş boşluqlara görə 100 min dollar ödəyəcək


“Microsoft” şirkəti iyunun 26-da “Windows 8.1” əməliyyat sisteminin ilkin versiyasında boşluqların axtarışı üzrə proqram istifadəyə verəcək.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Amerika korporasiyası əməliyyat sisteminə quraşdırılmış müdafiəni “sındıran” şəxsə 100 min dollar təklif etməyə hazırdır.

Bundan başqa, platformanın yeni “sındırma” metodlarından müdafiəsi üçün ideyalara görə 50 min dollar ödəyəcək. “Microsoft”, həmçinin öz brauzerinə böyük diqqət ayırır. Şirkət “Internet Explorer 11” brauzerinin beta-versiyasında aşkar edilmiş kritik boşluqlara görə 11 min dollar ödəyəcək.

Emil Hüseynov




20/06/13    Çap et