Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın dövlət müəssisələri İKT üzrə kadr potensialını genişləndirir


Azərbaycanın dövlət müəssisələri informasiya kommunikasiya texnologiyaları sahəsində kadr potensialını genişləndirirlər. Bu barədə  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstititunun direktoru Rasim Əliquliyev deyib.
Onun sözlərinə görə, bu gün ölkənin əksər dövlət müəssisələri qarşılarında əməkdaşların İT sahəsində biliklərini artırmaq məqsədi qoyublar. Bununla əlaqədar institutun bazasında fəaliyyət göstərən Tədris-İnnovasiya Mərkəzi mühüm rol oynayır.
"Tədris-İnnovasiya Mərkəzinin üstünlüyü odur ki, bilavasitə hər bir idarənin ehtiyacına uyğun tərtib edilən məqsədyönlü təlim proqramları hazırlayır", - Əliquliyev bildirib.
İTİ-nin bazasında AMEA-nın AzScienceNet şəbəkəsində məsafədən təhsilin yeni platforması da fəaliyyət göstərir ki, bu da ali məktəblərin tələbələri üçün məsafədən təhsil kursları təşkil etməyə imkan verir. TİM institutun tərkib hissəsi olaraq zəngin maddi-texniki bazaya malikdir. Bu, miqyasına görə məsafəli təhsillə yanaşı, Avropanın aparıcı elmi mərkəzləri ilə videokonfranslar keçirməyə imkan verən mərkəzdir.




06/08/11    Çap et