Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Koreya Xalq Demokratik Respublikasının kəşfiyyat orqanında minlərlə peşəkar haker işləyir
Koreya Xalq Demokratik Respublikasında Koreya Xalq Ordusunun baş qərargahının əsas kəşfiyyat məntəqəsi bölmələrində 3 min haker fəaliyyət göstərir.
Cənubi Koreyanın milli müdafiə naziri Kim Qvan Çjin hərbi informasiyanın mühafizəsi problemlərinə dair konfransda belə iddia ilə çıxış edib.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, Cənubi Koreya dəfələrlə Pxenyanı kiberhücumların təşkilində ittiham edib.
Hazırda Cənubi Koreyanın silahlı qüvvələri elektron rabitə və informasiya mübadiləsi üçün qapalı sistemdən istifadə edir.
Emil Hüseynov
20/06/13 Çap et