Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
3D çap bazarının lideri hansı şirkətdir?
“3D” printer istehsalı ilə məşğul olan “Stratasys” şirkəti rəqibi – “MakerBot” şirkətini satın alıb. Sazişin qiyməti 403 milyon dollar həcmində qiymətləndirilir. Bildirək ki, “MakerBot” 2009-cu ildə yaradılıb və o vaxtdan etibarən 22 min “3D” printer satıb. Onların 50%-i 2012-ci ilin sentyabrında istehsal edilmiş “Replicator 2” modelinin payına düşüb. 2013-cü ilin birinci rübündə startap 11,5 milyon dollar qazanıb. Ötən il sözügedən şirkətin mənfəəti 15,7 milyon dollar təşkil edib.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, şirkət “3D” printerləri geniş kütlə və mühəndislər üçün istehsal edir. O, bu yaxınlarda “Thingiverse.com” saytını istifadəyə verib: orada 90 mindən çox “3D” model yerləşdirilib və istənilən şəxs onları yükləyə və "çap edə" bilər.
Mənzil-qərargahı ABŞ və İsraildə yerləşən “Stratasys” şirkəti “3D” printerləri prototip yaratma və istehsal üçün buraxır. Şirkətin əsası 1989-cu ildə qoyulub və 2012-ci ilin aprelində “Object” və digər “3D” printer istehsalçıları ilə birləşib. İki istehsalçının birləşməsi lider şirkətin yaranması ilə nəticələnəcək və “3D” printerlər fərdi kompüter istifadəçiləri üçün adi hala çevriləcək.
Emil Hüseynov
20/06/13 Çap et