Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur


Bir neçə günə “Azərpoçt” MMC-nin Şamaxı, Qobustan, Ağsu, Qusar, Gədəbəy, Şabran, Füzuli, Ağstafa və Beyləqan Poçt filialları da “Western Union” pul köçürmələri sisteminə qoşulacaq.
“Azərpoçt” MMC-nin ödəniş xidmətləri şöbəsinin rəis müavini Təranə Səlimovanın İCTNews-ə verdiyi məlumata görə, bununla da adlarıçəkilən rayonların sakinləri poçt şöbələrindən bu sistemin köməkliyi ilə dünyanın 200 ölkəsinə sürətli pul göndərə və ala bilərlər. Eyni zamanda müştərilər moniqramlarını banklardan da ala bilərlər.




02/06/11    Çap et