Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Cisco” biznesini genişləndirir


"Cisco Systems" "Composit Softwre" şirkətini 180 milyon dollara satın alması haqqında planlarını bölüşüb. Sözügedən saziş dünyanın ən böyük şəbəkə avadanlığı istehsalçısına biznes üçün proqram təminatı istiqamətini genişləndirməyə imkan verəcək.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Composit" şirkəti Kaliforniya ştatının San-Mateo şəhərində fəaliyyət göstərir və məlumatların toplanılması və təhlili üçün özəl proqram təminatı istehsalçısıdır. Sazişin 2014 maliyyə ilinin birinci rübünün sonunadək bağlanacağı gözlənilir.

Emil Hüseynov




21/06/13    Çap et