Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Braziliyada Azərbaycanın kibertəhlükəsizlik sahəsində əldə etdiyi nailiyyətlərdən danışılıb


Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşları Braziliyaya səfər edib.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, səfər çərçivəsində mərkəzin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, Xarici siyasət şöbəsinin müdiri Rövşən İbrahimov və baş elmi işçi Kamal Makili-Əliyev Braziliyanın Strateji Məsələlər Nazirliyində “dəyirmi masa” keçiriblər. Ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov iki dövlətin bir sıra sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdıraraq əməkdaşlıq sahələrindən söz açıb.

Braziliyanın strateji məsələlər nazirinin müavini Rikardo Paes de Barros bu ölkədə orta təbəqənin inkişafı, bərabərsizlik səviyyəsinin azaldılması və gələcək inkişaf perspektivləri barədə çıxış edib. “Dəyirmi masa”nın ikinci sessiyasında Braziliya Müdafiə Nazirliyi Kibermərkəzinin direktoru Jose Karlos Dos Santos Braziliyada kibertəhlükəsizlik sahəsində görülən işlər və sahənin idarəedilməsi üzrə praktik təcrübə haqqında məruzə edib.

Kamal Makili-Əliyevin çıxışı isə kibertəhlükəsizlik sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə olub. Bundan sonra Azərbaycanın nümayəndə heyəti Braziliyanın Müdafiə Nazirliyinin Kibermüdafiə Mərkəzində olaraq idarəetmənin vəziyyəti ilə tanış olublar.

SEYMUR




21/06/13    Çap et