Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Mərkəzi Bankı informasiya sisteminin kastomizasiyasını həyata keçirəcək
“Sinam” şirkəti Azərbaycan Mərkəzi Bankının informasiya sisteminin təkmilləşdirilməsi üzrə işləri bir il ərzində başa çatdırmalıdır. “Sinam” şirkətindən verilən məlumata əsasən, bankın keçirdiyi tenderin şərtlərinə görə, informasiya sisteminin aparat və proqram platformasının yeni versiyası tətbiq ediləcək.
“Bankda artıq tətbiq edilmiş “Temenos” proqram təminatının daha müasir və təkmilləşdirilmiş versiyası tətbiq ediləcək. Layihə çərçivəsində proqram təminatlarının kastomizasiyası nəzərdə tutulub, bundan başqa bankda “Oracle” şirkətinin proqram təminatına “əməkhaqqı” modulu əlavə ediləcək.
Mərkəzi Bankla imzalanmış müqavilənin şərtlərinə və bizim hesablamalarımıza görə, nəzərdə tutulan işlər yaxın bir il ərzində həyata keçiriləcək”,- deyə şirkətdə bildiriblər. Qeyd edək ki, paralel olaraq “Sinam” şirkəti Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sisteminin (AZİPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) yeniləndirilməsi üzrə işlər aparır.
Aynur Vəliyeva
21/06/13 Çap et