Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli bankın POS-terminallarının sayı 661 ədədə çatıb


“Kapital Bank” ölkənin bank sektorunda ödəniş kartlarının sayına görə liderliyini qoruyur.

“ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, 1 iyun 2013-cü il tarixinə “Kapital Bank”ın aktiv ödəniş kartlarının sayı 2 milyon 232 minə çatıb. Bankın ölkə üzrə ATM-lərinin sayı hazırda 477, müxtəlif ticarət və xidmət müəssisələrində istifadədə olan POS-terminalların sayı isə 661-dir.

Bank öz müştərilərinə ödəniş kartlarının müxtəlif çeşidlərini təklif edir. Kapital Bank müştəriləri “İnternet-banking”, “SMS info”, “Mobile banking”, “SMS banking”, “Cash by code”, “Müştəri banking” və s. bu kimi əlverişli xidmətlərdən istifadə edə, bankın 24 saat özünəxidmət mərkəzinin imkanlarından faydalana bilirlər.

Qeyd edək ki, “Kapital Bank” müştəriləri üçün vaxtaşırı kampaniyalar da keçirir.

CAHANGİR




21/06/13    Çap et