Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüterdə işləyərkən əllərin keyləşməsi xəstəlikdən xəbər verir


Səhhətimizlə bağlı yaranan kiçik nüanslara bəzən dırnaqarası baxır, ara-sıra baş verən narahatlıqları ciddi qəbul etmirik. Əslində isə bizə xırda görünən bütün bu məsələlər gələcək böyük problemlərin başlanmasını göstərən siqnallardır.

Xüsusən də texnologiyaların, internetin sürətli inkişaf dövründə diqqət yetirməli olduğumuz bir çox məqamlar səhhətimizin sağlamlığı baxımından olduqca önəmlidir.

Məsələn, kompüterlə işləyərkən daim hərəkətdə olan barmaqlarınızın keyiməsini keçəcək adi hal kimi qəbul etmək yolverilməzdir. “Azərbaycan həkimləri”nin məlumatına görə, əl keyləşməsi əksər hallarda kompüterdən istifadə edənlərdə daha çox müşahidə edilir:

“Xəstəliyin simptomları gecə saatlarında, xüsusilə də, yuxu əsnasında baş qaldırır və xəstəlik inkişaf etdikcə gündüzlər də özünü göstərir. Keyləşmə əvvəlcə bilək ağrısı ilə başlayır və kiçik əşyaları tutmaqda, ən adi işləri görməkdə çətinlik çəkməklə davam edir. Əl keyləşməsinin bir əlaməti də bəzən isti və soyuğu ayırmaqda çətinlik çəkməkdir. Bu xəstəlik həmçinin biləkdə burxulmalar, şəkər xəstəliyi, hipofiz vəzisinin həddindən artıq gücə düşməsi, bilək oynaqlarındakı mexaniki problemlər və s.-dən də irəli gələ bilər. Hər xəstəliyin müalicəsinə vaxtında başlamaq lazım olduğu kimi, bu xəstəliyin də müalicəsinə vaxtında başlamaq lazımdır”.

Həqiqət İSABALAYEVA




21/06/13    Çap et