Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Teleradio” İstehsalat Birliyi Azərbaycanda DVB-T yayım əhatəsini genişləndirmək niyyətindədir


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi bu ilin sonuna kimi DVB-T yayım əhatəsini genişləndirmək niyyətindədir.

“Teleradio”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bununla bağlı ölkə regionlarında müvafiq avadanlıqların quraşdırılması nəzərdə tutulub. “Bu ilin sonuna kimi Zaqatala və ətraf rayonlarda əlavə DVB-T vericilərin quraşdırılıb istismara verilməsi nəzərdə tutulub”,- deyə İstehsalat Birliyində bildiriblər.

Qeyd edək ki, Azərbaycanın ilk kabel televiziyası operatoru “B&B TV” şirkəti də paralel olaraq Naxçıvan Muxtar Respublikasında və Bakıda DVB-T vericilərinin son və daha təkmilləşdirilmiş versiyası DBV-T2 vericilərini tətbiq edir. Sosial paketə 10 yerli kanalın yayımının təşkili, kommersiya paketləri üzərində isə hazırda işlər aparılır.

Aynur Vəliyeva




21/06/13    Çap et