Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Spam kralı” həbs edildi
Məşhur “facebook-spamer” Senford Uolles dünən Federal Təhlükəsizlik Bürosu (FTB) agentləri tərəfindən saxlanılıb. O, “Facebook” sosial şəbəkəsində 27 milyon spam mesaj göndərməsinə görə rəsmi olaraq ittiham edilib. 43 yaşlı Uolles
Kaliforniyada San Xose şəhərində Prisyajnılar Məhkəməsi tərəfindən müqəssir kimi tanınıb. Məhkəmə spamerin 2008-ci ilin noyabr ayından 2009-cu ilin mart ayına kimi “Facebook”a edilən 3 müxtəlif hücum çərçivəsində “Facebook” istifadəçilərinin təxminən 500 000 hesabını qırdığını təyin edib.
Bütün ittihamları, üstəlik Uollesin daha əvvəl artıq oxşar əməllər üçün məsuliyyətə cəlb edildiyini nəzərə alaraq, indi onu 2 milyon dollar cərimə ödəməklə yanaşı, təxminən 40 il həbsxana həyatı gözləyir.
Məlumat üçün qeyd edək ki, hələ 2009-cu ildə məhkəmənin qərarı üzrə Uollesə “Facebook” şəbəkəsindən istifadə etmək qadağan edilib. Lakin məhkəmədə onun “Facebook”dan istifadə etdiyi məlum olub.
Senford Uollesi Qərb internetində qeyri-rəsmi olaraq "Spamford" və ya "spam kralı" adlandırırlar, belə ki o, 1990-cı ildən qanunsuz reklamdan gəlir əldə edib. “Facebook”a qədər o, “MySpace” istifadəçilərinə spam hücumlar edib. May ayında bu sosial şəbəkə Uollesdən 234 milyon dollar tələb edib.
06/08/11 Çap et