Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2020-ci ilədək planetin tamamilə internetləşdirilməsi başa çatacaq
"Google"-un inkişaf etməkdə olan bazarlar üzrə vitse-prezidenti Məhəmməd Qavdat bu yaxınlarda deyib ki, dünyanın ən böyük İT şirkətlərindən birində işləyən analitiklərin proqnozlarına əsasən, 2020-ci ilədək planetin hər bir sakini internetə çıxış imkanına malik ən azı bir qurğuya malik olacaq.
Xatırladaq ki, hazırda planetin sakinlərinin 33%-i qlobal şəbəkəyə çıxış imkanına malikdirlər.
"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, Məhəmməd Qavdat hesab edir ki, 2020-ci ilədək internetə çıxış imkanına malik 15 dollarlıq qurğular geniş populyarlıq əldə edəcək.
Sözügedən qurğuların əsas alıcıları inkişaf etməkdə olan ölkələr və üçüncü dünya ölkələrinin sakinləri olacaqlar.
Emil Hüseynov
21/06/13 Çap et