Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sığortalı avtomobillərin qəzadan sonrakı təmiri prosesi avtomatlaşdırılır
Son zamanlar Azərbaycanda yol-nəqliyyat hadisələrinin çoxalması bu sahədə olan sığorta məsələlərinin də elektronlaşdırılmasına olan ehtiyacı artırıb.
Çünki qəzalar zamanı sığorta məsələlərinin avtomatik olaraq həyata keçirilməsi böyük vaxt itkisinin qarşısını ala bilər.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, Dövlət Sığorta Nəzarəti Xidməti də bu işlərə böyük diqqət ayırıb. Xidmətin rəhbəri Namiq Xəlilov jurnalistlərə verdiyi açıqlamasında qeyd edib ki, sığortalı nəqliyyat vasitələrinin qəzadan sonrakı təmiri prosesi avtomatlaşdırılacaq. Onun sözlərinə görə, xüsusi proqramda avtomobil istehsalçılarının avtomobillərinin bütün ehtiyat hissələri, təmirin aparılması işlərinin norma saatları və s. yer alacaqdır. N.Xəlilovun qənaətincə, bu da dəymiş zərəri obyektiv qaydada qiymətləndirməyə şərait yaradacaqdır:
"Bu sahədə dünyada ən böyük bir beynəlxalq şirkət var. Həmin şirkət qərar verib ki, Azərbaycan bazarında da öz xidmətlərini göstərsinlər”.
SEYMUR
21/06/13 Çap et