Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2017-ci ilədək mobil internetin orta sürəti 7 dəfə artacaq


2017-ci ilədək mobil internetin orta sürəti 7 dəfə artacaq və dünyada internetə çıxış imkanına malik 10 milyard mobil qurğu olacaq.

Bu barədə Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda “Cisco”-nun inkişaf etməkdə olan ölkələr üzrə baş vitse-prezidenti Dankan Mitçell deyib.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, "2017-ci ilədək mobil trafikin 50%-dən çoxu “4G” şəbəkələrinin payına düşəcək" – o deyib.

Emil Hüseynov




21/06/13    Çap et