Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"WhatsApp" "Twitter"dən populyardır
Müxtəlif mobil platformalarda əlçatan olan "WhatsApp" messencerinin aktiv aylıq auditoriyası 250 milyon istifadəçi təşkil edir. Xatırladaq ki, sözügedən xidmət dörd il əvvəl istifadəyə verilib.
"The Wall Street Journal" nəşri yazıb ki, 2012-ci ilin dekabrına olan vəziyyətə "Twitter" mikrobloqlar xidmətinin aktiv istifadəçilərinin sayı ay ərzində 200 milyon olub. Ötən ilin oktyabrında isə “Skype” internet-telefoniya xidmətində 280 milyon abunəçi qeydə alınıb.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, bu yaxınlarda "WhatsApp" messenceri rekord qırıb: 2013-cü il iyunun 12-də xidmət vasitəsilə 27 milyarddan çox mesaj göndərilib.
"WhatsApp" mətn mesajMüxtəlif mobil platformalarda əlçatan olan "WhatsApp" messencerinin aktiv aylıq auditoriyası 250 milyon istifadəçi təşkil edir. Xatırladaq ki, sözügedən xidmət dörd il əvvəl istifadəyə verilib.
"The Wall Street Journal" nəşri yazıb ki, 2012-ci ilin dekabrına olan vəziyyətə "Twitter" mikrobloqlar xidmətinin aktiv istifadəçilərinin sayı ay ərzində 200 milyon olub. Ötən ilin oktyabrında isə “Skype” internet-telefoniya xidmətində 280 milyon abunəçi qeydə alınıb.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, bu yaxınlarda "WhatsApp" messenceri rekord qırıb: 2013-cü il iyunun 12-də xidmət vasitəsilə 27 milyarddan çox mesaj göndərilib.
"WhatsApp" mətn mesajları, təsvir, audioyazı və videoçarxlarla mübadilə etməyə imkan verir. Xidmətin nümayəndələri bundan əvvəl bildirmişdilər ki, hər gün istifadəçilər bir-birinə milyarddan çox mesaj göndərirlər.
Emil Hüseynov
22/06/13 Çap et