Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəqəmli musiqinin 75%-i “iTunes” mağazasında satılır


"Asymco" şirkətinin analitiki Qorasiy Dedyu "iTunes" mağazasının rəqəmli musiqi satışından illik gəlirini 6.9 milyard dollar dəyərində qiymətləndirib.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertin qiymətləndirməsinə görə, "iTunes" mağazasında hər bir hesab sahibi il ərzində 12 dollar dəyərində musiqi satın alır. Mağazanın aktiv istifadəçilərinin sayı isə 575 milyon təşkil edir.

Beynəlxalq Səsyazma Sənayesi Federasiyasının (IFPI) məlumatlarına əsasən, qlobal rəqəmli musiqi bazarının həcmi 16,5 milyard dollar təşkil edib. Musiqi leyblləri  məhsulların pərakəndə satış qiymətinin 60%-i həcmində mənfəət əldə edirlər, ona görə də rəqəmli musiqi bazarında əldə edilən mənfəətin həcmi 9.9 milyard dollar təşkil edir. Beləliklə, rəqəmli musiqi satışlarının 75%-i "iTunes" mağazasının payına düşür.

Emil Hüseynov
 




24/06/13    Çap et