Yeni standart "Wi-Fi" texnologiyasının məntiqi davamdır və məlumatların simsiz ötürülməsinə artmaqda olan tələbata cavab verməlidir. "Wi-Fi 802.11ac" yaşayış yerini tam əhatə etməklə məlumatları 1,3 giqabit/saniyə sürəti ilə ötürməyə imkan verir ki, bu da "Wi-Fi 802.11n" standartı ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Bu, "HD" formatlı filmləri 4 saniyədən də az vaxtda ötürməyə şərait yaradacaq.
Həmçinin yeni standartda 80 MHz və 160 MHz kanallarından 5 QHz diapazonunda istifadə etmək təklif edilib. 802.11ac qurğularının əksəriyyətinin "802.11n" standartının istifadə etdiyi 2,4 QHz dəstəkləyən ikidiapazonlu olacağı gözlənilir.
Konsorsium nümayəndələri "802.11ac" sertifikatlı ilk qurğuların yaxın vaxtlarda satışa çıxarılacağını planlaşdırırlar.