Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan internet bazarında çıxış trafikinin həcmi artıb
Azərbaycanda iyun ayında bir neçə ay müşahidə edilən durğunluqdan sonra çıxış internet trafikinin artımı müşahidə olunur.
“ICTnews” xəbər xidmətinin ölkənin aparıcı internet “backbone” şirkəti olan “Delta Telecom”un statistik məlumatlarına istinadən verdiyi məlumata əsasən, bu artım nəticəsində çıxış trafikinin həcmi 7-8 GB/s-dən 12 GB/s-dək artıb.
Ölkəyə daxil olan trafikin orta sürəti isə son bir neçə ay ərzində dəyişmədən 60-65 GB/s səviyyəsində qalıb. Ümumilikdə, Azərbaycanda son bir ildə daxil olan və xaric edilən internet trafikin həcmi iki dəfə artıb. Bu artım nəticəsində ölkəyə daxil olan trafikin həcmi 35 GB /s-dən 60-75 Mbit/s-dək, çıxış trafikin həcmi isə 8 GB /s-dən 12 GB /s-dək artıb.
Ekspertlərin rəyinə əsasən, bazarda müvəqqəti müşahidə olunan durğunluqlar normal haldır və son bir neçə ay ərzində hazırda ölkəyə daxil olan və xaric edilən internet trafikinin sürətində müşahidə edilən stabil vəziyyət bazarın həddindən artıq doyması ilə izah edilir.
Bundan başqa, bu göstəricilərə eyni zamanda təsir edən faktorlardan biri məzuniyyətlər dövründə ola bilər.
Aynur Vəliyeva
24/06/13 Çap et