Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlarda ekranların və təsvirin ölçüsü artır


Son iki ildə smartfonlar üçün qlobal ekran tədarükünün həcmi 120% artıb. “DisplaySearch”in analitikləri bildirib ki, bu, yüksək təsvir ölçülü böyük ekranlara artan tələbat sayəsində mümkün olub.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, hazırda bazarda 960/1136 x 640 (iPhone 4S и iPhone 5) və ya 1270 x 720 və 1920 x 1080 (Samsung aparatları) nöqtə təsvir ölçülü ekranlar liderdirlər. Bir neçə il bundan əvvəl 3.5 düymlük form-faktora malik smartfonlar bazarda lider idilər, hazırda kommunikatorların 50%-dən çoxu 4,1 düymlük ekranlarla təchiz edilib.

"Yaxın rüblər ərzində ekranların ölçüləri “Galaxy S4” modelinin populyarlaşması nəticəsində 5,1 düym olacaq" – “DisplaySearch”in kiçik və orta ekranlar bazarının tədqiqatı üzrə vitse-prezidenti Xiroşi Xayese deyib.

Bir çox panel istehsalçıları artıq “Full HD” modullarının istehsalına keçməyə başlayıblar. Tezliklə digər istehsalçılar da onlara qoşulacaq, çünki 2013-cü ilin ikinci yarısında bazarda böyük ekran və yüksək təsvir ölçüsünə böyük tələbat olacaq.

Emil Hüseynov
 




24/06/13    Çap et