Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ilin sonunadək “LTE-Advanced” şəbəkəsindən 500 milyon abunəçi istifadə edəcək


"ABI Research" analitik şirkətinin proqnozuna əsasən, yaxın illərdə "LTE-Advanced" (LTE-A) standartı üzrə qoşulmuş abunəçilərin sayının xeyli artacağı gözlənilir. Qeyd edək ki, sözügedən standartda "LTE" ilə müqayisədə verilənlərin ötürülməsi sürəti iki dəfə daha çoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2013-2018-ci illər ərzində "LTE-A" şəbəkələrində mobil abunəçilərin sayı orta illik 295% templə artacaq. Nəticədə proqnozlaşdırılan dövrün sonunadək abunəçilərin sayı 500 milyona çatacaq ki, bu da "LTE" xidmət abunəçilərinin ümumi bazasının 34%-ni təşkil edəcək.

Emil Hüseynov




24/06/13    Çap et