Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda hansı mobil platforma populyardır?
Azərbaycanda mobil əməliyyat sistemləri (ƏS) bazarında birinci yerdə “Android” platforması qərarlaşıb. “Global Stats” statistika mərkəzinin məlumatına əsasən, 2013-cü ilin may ayına olan vəziyyətə görə adıçəkilən əməliyyat sisteminin bazar payı 37,13% təşkil edib.
Qeyd edək ki, ötən ilin mayında bu göstərici 12,39% olub.
“ICTnews.az” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, populyarlığa görə ikinci yerdə “Series 40” ƏS-i qərarlaşıb. Bu ilin mayında “Series 40” platformasının bazar payı 23,56% olub, bir il bundan əvvəl 20,18% təşkil edib. “SymbianOS” üçüncü yerdə qərarlaşıb. Sonuncu ƏS-nin payı 2012-ci ilin mayından 32,48% azalaraq 13,88% olub. 12,81% bazar payına malik “iOS” platforması dördüncü yerdə qərarlaşıb.
Emil Hüseynov
24/06/13 Çap et